Milli Kitabxanada “Ənvər Əhməd-75” adlı kitab sərgisi açılıb

8 Avqust 2018 15:46 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, ədəbiyyatşünas alim Ənvər Əhmədin 75 illiyi münasibətilə “Ənvər Əhməd-75” adlı kitab sərgisi açılıb.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu və “Ön söz” yazdığı, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.