Konfrans XXI əsrdə teatrın fəlsəfəsi mövzusuna həsr ediləcək

7 Avqust 2018 14:23 (UTC+04:00)

Noyabrın 5-6-da Bakıda V Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “XXI əsrdə teatrın fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr ediləcək. SİA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə himayəsi ilə keçiriləcək konfrans çərçivəsində beynəlxalq teatr ekspertləri tərəfindən ustad dərsləri, seminarlar, treninqlər təşkil olunacaq. Teatrda 40 ölkədən 150-dən çox ekspertin iştirakı gözlənilir.