Tramp Tvitterdən açıqladı: "Ən səfeh miqrasiya qanunları bizdədir"

29 İyul 2018 23:04 (UTC+04:00)

ABŞ-ın miqrasiya qanunları dünyanın ən səfeh qanunlarıdır. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Sərhədimizi qanunsuz keçən miqrantları uşaqlarının olub-olmamasına görə müxtəlif cəzalar gözləyir. Məgər, bu miqrantlar uşaqları öz cılız məqsədləri üçün istifadə etmirlər?” - deyə dövlət başçısı bildirib.