"Mançester Siti"nin 60 milyonluq transferi zədələnib

29 İyul 2018 20:02 (UTC+04:00)

"Mançester Siti"nin yeni transferi Riyad Mahrez zədələnib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, əlcəzairli yarımmüdafiəçi Beynəlxalq Çempionlar Kubokunun “Bavariya” ilə oyununda (3:2) rəqiblə ikili mübarizədə xəsarət alıb. Topuğundan zədələnən futbolçu 28-ci dəqiqədə meydanı tərk etməli olub. 27 yaşlı futbolçunun mövsümün ilk turlarını buraxıb-buraxmayacağı hələlik bilinmir.

Qeyd edək ki, “Mançester Siti” Mahrezi “Lester”dən 60 milyon funta transfer edib.