AMEA nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb

23 İyul 2018 16:18 (UTC+04:00)

AMEA Rəyasət Heyətinin qərarı ilə bir sıra strateji əhəmiyyət kəsb edən hərbi-mülki və müdafiə xarakterli layihələrin həyata keçirilməsini daha da genişləndirmək məqsədilə Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, qurumun Rəyasət Heyətinin nəzdində yaradılan bu mərkəz İşlər idarəsinin strukturundakı 1, 2 və 3 nömrəli elmi tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun ştat vahidləri hesabına fəaliyyət göstərəcək.