Ziynet Sali yenidən Muradla bir araya gələcək

23 İyul 2018 14:14 (UTC+04:00)

Məşhur müğənni Ziynet Sali ilə Murad Ariflə yenidən bir araya gələcək. SİA-nın məlumatına görə, türkiyəli ifaçı həmyerlimizin son günlər dillər əzbəri olan “Oppalara” mahnısını səsləndirəcək.

Bu haqda Murad "İnstagram" səhifəsində özü xəbər verib: "Artıq açıqlama verə bilərik. Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci əməkdaşlığımız baş tutdu. Xatırlayırsızsa, o, əvvəlki albomunda mənim “İstanbul” mahnımı oxumuşdu. İndi isə “Oppalara”nın vaxtıdır. Musiqi mənə, sözləri isə mən və Sinan Akçıla aiddir”.