Sevdanın makiyajlı və makiyajsız halı VİDEO

23 İyul 2018 17:20 (UTC+04:00)

Müğənni Sevda Sanəliyeva "İnstagram" səhifəsində heç kimin gözləmədiyi videosunu paylaşıb. SİA-nın məlumatına görə, sənətçi makiyajını silərək özünü lentə alıb.

Sevda görüntülərini sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb: "Dəyişiklik olsun dedim. Həm makiyajlı, həm də makiyajsız halımı canlı görün dedim. Komplekssizəm. Məni təbii halımla sevin”.