"Yuventus"un hücumçusu Qonzalo İquain "Milan"a keçməyə yaxındır. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, iki klub nümayəndələri arasında bu transferlə bağlı görüş keçirilib və razılıq əldə olunub. Razılığa əsasən, "Milan" "Yuventus"a 60 milyon avro təzminat ödəyəcək.