Şəkidə iki nəfəri it dişləyib

23 İyul 2018 05:05 (UTC+04:00)

Şəkidə iki nəfəri it dişləyib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən rayonun Orta Zəyzid kənd sakini, 1970-ci il təvəllüdlü Mərziyə Nağdalı qızı Manafova sağ əlinin, rayonun İncə kənd sakini 1961-ci il təvəllüdlü Kişbər Muxtar qızı Həşimova sol ayağın bud nahiyəsinin it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan APA-ya bildirilib ki, hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Şəkinin daha bir sakinini isə at dişləyib.