Fanatik yəhudilər Əqsa məscidinə basqın edib

22 İyul 2018 23:04 (UTC+04:00)

İsrail polisinin müşayiəti ilə 700-dən çox fanatik yəhudi Qüdsün Əskişəhər bölgəsində yerləşən Əqsa məscidinə basqın edib. Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, məscidin ətrafına baryerlər qurulub. Fələstinlilər yalnız şəxsiyyətin təyin edilməsindən sonra məscidə buraxılıb.

Yəhudilərin Süleyman məbədinin yıxılmasının ildönümünə həsr olunmuş matəm günü – “Tişa Beav” münasibətilə məscidə basqın etdiyi bildirilir.