Futbol üzrə Ukrayna Superkubokunun yeni qalibi müəyyənləşib. Belə ki, Odessanın "Çernomorets" stadionunda keçirilən final oyununda Donetsk "Şaxtyor"u ilə Kiyev "Dinamo"su qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn "Dinamo" tarixində 7-ci dəfə Ukrayna Super Kubokununun qalibi olub.
"Şaxtyor" - "Dinamo" - 0:1
Qol: Vitali Buyalski, 18
Qeyd edək ki, indiyə kimi ən çox Superkuboku "Şaxtyor" qazanıb. Donetsk təmsilçisi 8 dəfə Superkubokun sahibi olub.