Antonio Valensiya "Mançester Yunayted"in əsas kapitanı olacaq

22 İyul 2018 17:19 (UTC+04:00)

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yeni mövsüm komandanın əsas kapitanı olacağı oyunçunun adını açıqlayıb. Britaniya mətbuatı yazır ki, o, ötən mövsüm olduğu kimi, yenə komandanın əsas kapitanının Antonio Valensiya olacağını söyləyib.

Portuqaliyalı mütəxəssis A.Valensiyanın yoxluğunda kapitanlıq sarğısını kimin taxacağına qərar vermədiyini bildirib: "Kris Smollinq, Eşli Yanq, Ander Errera və Xuan Mata arasında seçim edə bilərik. Neymanya Matiç də yaxşı keyfiyyətlərə malik oyunçudur. Lakin o, cəmi 1 ildi komandaya qoşulub”.