Adnan Oktarın sərvəti açıqlandı - 1 milyard

22 İyul 2018 15:25 (UTC+04:00)

Casusluq, uşaqların cinsi istismarı, insan alveri kimi bir sıra cinayətlərdə ittiham olunan Adnan Oktarla bağlı daha bir xəbər ortaya çıxıb. SİA-nın türk mətbuatına istinadən xəbər verir ki, Maliyyə Cinayətləri üzrə Araşdırma Qurumunun (MASAK) hazırladığı sənədlərdə Oktarın və təşkilat üzvlərinin bank hesablarının nəticələri göstərilib. Əvvəlcə onun sərvətinin 200 milyon dollar olduğu bildirilib.

Daha sonra isə Oktarın gəlirinin daha çox olduğu ortaya çıxıb. Belə ki, Adnan 1 milyard dollar sərvətə sahibdir.