"Bavariya" PSJ-yə qalib gəldi

22 İyul 2018 13:30 (UTC+04:00)

Beynəlxalq Çempionlar kuboku - 2018-də növbəti oyun keçirilib. SİA-nın məlumatına görə, "Bavariya" və PSJ üz-üzə gəlib. Matç Münhen klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya" - PSJ - 3:1

Qollar: Vea, 31 (0:1), Xavi Martines, 60 (1:1), Renatu Sançes, 68 (2:1), Zirkze, 78 (3:1)

Qeyd edək ki, turnirdə "Real", "Tottenhem", "Yuventus", "Milan", "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Bavariya", "Çelsi", PSJ, "Arsenal", "Sevilya", "Roma", "İnter", "Borussiya" (Dortmund), "Benfika" və "Atletiko" klubları iştirak edir.