Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub

21 İyul 2018 14:20 (UTC+04:00)

Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək tutulub.

Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.