Prezident İlham Əliyev misirli həmkarını təbrik edib

21 İyul 2018 13:55 (UTC+04:00)

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah arzulayıram".