Novruz Məmmədov jurnalistləri təbrik edib

21 İyul 2018 12:16 (UTC+04:00)

Azərbaycanın Baş naziri Novruz Məmmədov Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. SİA xəbər verir ki, Baş nazirin təbrikində deyilir:

“Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”.