"Real Madrid" Mauro İkardi ilə maraqlanır

21 İyul 2018 10:34 (UTC+04:00)

"Real Madrid" "Yuventus"a keçən Kriştianu Ronaldonun mövqeyinə hücumçu axtarışındadır. SİA-nın məlumatına görə, Madrid klubu artıq bir namizəd üzərində dayanıb. Klub "İnter"in argentinalı hücumçusu Mauro İkardi ilə ciddi maraqlanır. İkardinin sərbəst qalma qiyməti 110 milyon avro göstərilib.

Ronaldo "Yuventus"a 105 milyon avroya transfer olunmuşdu.