İsrail təyyarələri HƏMAS-ın obyektlərinə hücum edib

21 İyul 2018 01:39 (UTC+04:00)

İsrail təyyarələri sərhəd rayonunda əsgərlərə açılan atəşə cavab olaraq Qəzza sektorunda HƏMAS-ın obyektlərinə irimiqyaslı hücuma başlayıb. "Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.

Bildirilir ki, cümə günü İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza sektorunda HƏMAS hərəkatının obyektlərinə irimiqyaslı hücumlar ediblər. Basqın sərhəddə İsrail əsgərlərinə açılan atəşə cavab olaraq başlayıb.