"Yuventus"un yeni transferi Kriştiano Ronaldo növbəti açıqlama verib. "Football İtalia" nəşrinin məlumatında deyilir ki, o, yeni klubu ilə əsas hədəflərə nail olmaq istədiyini deyib: "Yuventus"la 4 illik müqavilə imzaladım. Burada olduğum üçün xoşbəxtəm. "Yuventus" ən böyük klublardan biridir. Klubumla əsas hədəflərə nail olacağıma ümid edirəm. İtalyan azarkeşləri sevindirmək istəyirəm".