DÇ-2018-ə Xorvatiya millisinin heyətində yollanan, amma turniri erkən başa vuran Nikola Kaliniç maraqlı addımla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, “Milan”ın hücumçusu ona təqdim olunan mundialın gümüş medalından imtina edib. Forvard bunu dünya çempionatında oynamaması ilə əlaqələndirib.