"Beşiktaş" Matey Mitroviçlə yolları ayırıb

21 İyul 2018 03:13 (UTC+04:00)

"Beşiktaş" futbolçusu Matey Mitroviçlə yolları ayırıb. Belə ki, 24 yaşlı müdafiəçi artıq "Brügge"yə transfer olunub. Bu barədə Belçika klubunun saytı məlumat yayıb. Qeyd edək ki, M.Mitroviç 2016/2017 mövsümünün ikinci yarısında "Riyeka"dan 4 milyon avroya "Beşiktaş"a transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısında icarə əsasında məhz "Brügge"də çıxış edib.