Sadio Mane "Liverpul"un yeni 10 nömrəsi oldu

21 İyul 2018 01:03 (UTC+04:00)

"Liverpul"un futbolçusu Sadio Mane 2018/2019 mövsümündən 10 nömrəli forma ilə çıxış edəcək. Bu barədə klubun saytı məlumat yayıb. Bundan əvvəl 10 nömrəli formanı ötən mövsümün ikinci yarısı "Barselona"ya transfer olunan Koutinyo geyinmişdi. Xatırladaq ki, S.Mane ötən mövsüm 19 nömrəli forma ilə çıxış edirdi.