Britaniya “brexit” üçün 3 milyard funt ayırıb

21 İyul 2018 00:23 (UTC+04:00)

Britaniya Avropa İttifaqından çıxmağa (Brexit) hazırlıq məqsədi ilə büdcədən 3 milyard funt sterlinq ayırıb. “Report” xəbər verir ki, bu bardə Krallığın maliyyə naziri Filipp Xammond “Tvitter” səhifəsində yazıb.

O qeyd edib ki, bu son məbləğ deyil. Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqından çıxacaq.