"Tottenhem" daha bir futbolçu ilə müqaviləni yeniləyib

21 İyul 2018 00:09 (UTC+04:00)

"Tottenhem" futbolçusu Erik Lamela ilə müqavilənin müddətini uzadıb. İngilis klubunun saytında yer alan xəbərə görə, argentinalı yarımüdafiəçi ilə 4 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 2013-cü ildə "Roma"dan "Tottenhem"ə transfer olan E.Lamela indiyə kim 137 matçda 20 qol vurub. Xatırladaq ki, "Tottenhem" bu gün yarımmüdafiəçisi Son Honq-Minlə də müqavilənin müddətini 2023-cü ilin yayına kimi uzatmışdı.