“Zirə” heç-heçə ilə başladı

20 İyul 2018 23:17 (UTC+04:00)

Boluda təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununa çıxıb. Paytaxt təmsilçisi Qətərin "Əl-Xaritiyah" klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da start götürən matç 1:1 hesabı ilə başa çatıb. “Zirə”nin qolunu 51-ci dəqiqədə Mirsahib Abbasov vurub. Rəqib komandadan isə 76-cı dəqiqədə Mahir Yusif fərqlənib. Qeyd edək ki, “Zirə” Bolu toplanışı çərçivəsində iyulun 23-də "Giresunspor”, 30-da isə “Əskişəhərspor"la qarşılaşacaq.