Milli Kitabxanada 22 iyul – Milli Mətbuat Günü kitab sərgisi ilə qeyd edilib

20 İyul 2018 13:08 (UTC+04:00)

İyulun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “22 iyul – Milli Mətbuat və Jurnalistika günü” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə mövzuya uyğun olan kitablar sərgilənib.

Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.