Xumardan yenilik VİDEO

20 İyul 2018 15:15 (UTC+04:00)

Əməkdar artist Xumar Qədimovadan yeni xəbər var. SİA-nın məlumatına görə, sevilən müğənni "Günün birində" türk mahnısını yeni aranjemanda və tam fərqli tərzdə təqdim edib. Qədimova açıqlamasında retro-türk musiqisinə xüsusi rəğbət bəslədiyini bildirib: "Biz demək olar ki, ailəlikcə qədim türk musiqilərini heyranlıqla dinləyirik. Onlar arasında oxumaq istədiyim mahnılar da çoxdur. Bu bəstəni bacım Matanın arzusu ilə oxudum".