Tramp Putini Vaşinqtona dəvət edib

20 İyul 2018 09:30 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini Vaşinqtona səfərə dəvət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.

Sandersin sözlərinə görə, Helsinkidə keçirilən görüşdə Tramp iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib.

"Prezident Tramp prezident Putini payızda Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”-deyə, S.Sanders "twitter" hesabında yazıb.