ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Azərbaycana gələcək

20 İyul 2018 03:01 (UTC+04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Azad KİV məsələləri üzrə nümayəndəsi Arlem Dezir Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycana gələcək. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə A.Dezir özü məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində o, bir sıra görüşlər keçirəcək, “dəyirmi masa”larda iştirak edəcək.