“Səbail” daha bir yoxlama oyunu keçirib

20 İyul 2018 03:19 (UTC+04:00)

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Səbail” dünən daha bir yoxlama oyunu keçirib. Paytaxt təmsilçisi yerli “Sivasspor” klubu üz-üzə gəlib. Görüş Superliqa klubunun qələbəsi ilə başa çatıb – 2:0.

Qeyd edək ki, “Səbail” ilk matçında “Gənclərbirliyi”nə 0:3 hesabı ilə uduzub, ikinci oyunda isə Qətər klubu “Əl Şəhaniyə”yə ilə 2:2 hesablı bərabərə qalıb.