Neftçalada kanalda batan gəncin meyiti tapılıb

20 İyul 2018 01:11 (UTC+04:00)

Neftçalada kanalda batan 23 yaşlı oğlanın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batan, 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun axtarışları başa çatıb. C.Dadaşovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.