İstanbulda daha bir təhlükəli terrorçu həbs olunub

19 İyul 2018 20:04 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbul şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində axtarışda olan daha bir təhlükəli terrorçu tutulub.

Həbs olunan Meryəm Özsöğüt DHKP/C terror təşkilatının rəhbər şəxslərindən sayılır. Onunla birlikdə daha iki şəxsin şübhəli qismində saxlanıldığı bildirilir. Terrorçunun tutulduğu evdən tapança, çoxlu sayda patron, terrorçuluqda istifadə olunan digər ləvazimat və ədəbiyyat ələ keçirilib.(AZƏRTAC)