Luis Enrike rəsmən ictimaiyyətə təqdim olunub

19 İyul 2018 22:16 (UTC+04:00)

İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike rəsmən ictimaiyyətə təqdim olunub. “Marca” nəşrinin xəbərində deyilir ki, İspaniya Futbol Federasiyasında keçirilən tədbirdə qurumun prezidenti Luis Rubiales də iştirak edib. Qeyd edək ki, “Barselona”nın sabiq çalışdırıcısı ilə 2 illik müqavilə imzalanıb. O, AÇ-2020-nin sonuna qədər yığmaya rəhbərlik edəcək.