Fransız deputat Ermənistan vətəndaşlığı alıb

19 İyul 2018 17:15 (UTC+04:00)

Fransanın keçmiş deputatı Fransua Roşbluan Ermənistan vətəndaşlığı alıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan Roşblaunla görüşüb. Nazir ona Ermənistan pasportunu təqdim edib.

Qeyd edək ki, Fransua Roşblaun Ermənistanın işğal etdiyi regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, Fransa-Arsax (Qarabağ) dostluq qrupunun sədridir.