Erməni hərbçiləri avtomobil qəzasında öldülər

19 İyul 2018 16:10 (UTC+04:00)

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən iki hərbçi avtomobil qəzasına uğrayıb. Qəza nəticəsində hər iki hərbçi həyatını itirib.

Ölən hərbçilərdən birinin Qrişa Badalyan olduğu bildirilir, ikincisinin kim olduğu və hansı hərbi hissədə xidmət etdiyi dəqiqləşdirilir.

Hərbi polis və yol polisi əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırırlar.