"Beşiktaş" qapıçı transfer edəcək

19 İyul 2018 15:50 (UTC+04:00)

Denis Boyko ilə yollarını ayıran "Beşiktaş" qapıçı transfer etmək fikrindədir. SİA-nın məlumatına görə, "qara qartallar" "Arsenal"ın sərəfini qoruyan David Ospina ilə maraqlanır. Yerli mətbuat tərəflərin razılığa gəldiyini yazır. "Napoli" və "Sevilya" klublarından təklif gəlsə də, kolumbiyalı qolkiperin "Beşiktaş"a üstünlük verəcəyi qeyd olunur.

İstanbul klubu hazırkı qapıçısı Fabri ilə də yollarını ayırmağa hazırlaşır.