UEFA reytinqi açıqlanıb

19 İyul 2018 11:02 (UTC+04:00)

Avrokubokların birinci təsnifat mərhələsində dünən keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, Azərbaycanın mövqeyi dəyişməz qalıb. 23-cü olan ölkəmiz təkcə xal hesabını artırıb. “Qarabağ”ın Sloveniya “Olimpiya”sı ilə Bakıdakı qolsuz heç-heçəsi aktivimizə 0.125 xal gətirib. Bununla da xalımız 17.250-ə yüksəlib.

Hazırda Azərbaycan 22-ci olan Serbiya ilə eyni göstəriciyə malikdir. Lakin balkanlılar əlavə göstəricilərə görə öndə qərarlaşıblar.