Cəlilabadda yol qəzası baş verib

19 İyul 2018 03:04 (UTC+04:00)

Cəlilabadda rayon ərazisində yol qəzası olub. APA-nın cənub bürosunun məlumatına görə, nəticədə ata və qızı xəsarət alıb. Qəza zamanı xəsarət alan Biləsuvar rayon sakinləri - 2009-cu il təvəllüdlü Zəhra Şahin qızı Nuriyeva və 1974-cü il təvəllüdlü Şahin Ağabala oğlu Nuriyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.