Tiaqo Motta məşqçiliyə başlayıb

19 İyul 2018 03:14 (UTC+04:00)

PSJ-nin sabiq futbolçusu Tiaqo Motta məşqçiliyə başlayıb. Fransız klubunun saytında yer alan xəbərə görə, o, klubun U-19 komandasının baş məşqçisi təyin edilib. T.Motta bu gün komanda ilə birinci məşqinə çıxacaq.

Qeyd edək ki, 35 yaşlı T.Motta ötən mövsümün sonu futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.