Əmrə Bəlözoğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb

18 İyul 2018 21:20 (UTC+04:00)

"Başakşəhər"in kapitanı Əmrə Bəlözoğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb.Türkiyə mətbuatının yazdığına görə, 37 yaşlı oyunçu mövsümün sonunda futbolla vidalaşacağını bildirib.
Qeyd edək ki, Türkiyədə "Başakşəhər"dən öncə "Qalatasaray" və "Fənərbaxça"nın formasını geyinmiş Əmrə İtaliyada "İnter", İngiltərədə "Nyukasl" və İspaniyada "Atletiko" kimi klubların şərəfini qoruyub.O, 95 dəfə dəvət aldığı Türkiyənin əsas millisində 9 qol vurub.