Kurtua Madriddə ev axtarır?

18 İyul 2018 20:17 (UTC+04:00)

"Çelsi"nin qapıçısı Tibo Kurtua "Real"a keçməyə hazırlaşır. Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, belçikalı qolkiper artıq Madriddə ev axtarmağa başlayıb. 26 yaşlı qolkiperin tezliklə "kral klubu" ilə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Kurtua hələ ötən ilin yanvarında Madriddə ailəsi üçün ev almışdı. Hazırda həmin evdə qolkiperin keçmiş sevgilisi və uşaqları yaşayır. Belçikalı öz rəfiqəsindən ayrılsa da, hələ də onunla yaxın münasibətdə olduğu bildirilir. Xatırladaq ki, Kurtua 2014-cü ildə "Atletiko"dan "Çelsi"yə transfer olunmuşdu.