Slovakiya Basayevin dəstəsinin üzvünü Rusiyaya təhvil verib

18 İyul 2018 16:51 (UTC+04:00)

Slovakiya hakimiyyəti Çeçen Azadlıq Hərəkatının liderlərindən olan Şamil Basayevin dəstəsinin üzvü olduğu iddia edilən Aslan Yandiyevi Rusiyaya təhvil verib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Aslan Yandiyevin adı 2006-cı ildə bir sıra terror aktlarının törədilməsində və təşkilində iştirakda hallanıb.