Aybəniz Haşımovanın qızı müəlliməlik etməyə başladı FOTO

18 İyul 2018 16:33 (UTC+04:00)

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva Sənət Akademiyasında müəlliməlik edir. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. Belə ki, o, sosial şəbəkədə qızı ilə fotosunu paylaşaraq, bu sözləri yazıb: “Həyat çox maraqlıdır. Aynişan bir vaxtlar həm qızım, həm də tələbəm idi. Amma indi Sənət Akademiyasında mənimlə birlikdə müəlliməlik edir. Özü də tələbələrin ən sevdiyi dərslərdən biridir”.