"Napoli" Benzema ilə maraqlanır

18 İyul 2018 12:34 (UTC+04:00)

"Napoli" klubu "Real"ın hücumşusu Kərim Benzema ilə maraqlanır. SİA-nın məlumatına görə, Neapol klubu heyətini gücləndirməklə, əzəli rəqibi "Yuventus"la rəqabətə davam gətirmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, "qoca senyora"nın Ronaldonu əldə etməsi A seriyasında rəqabəti artıracaq. Benzemanın transfer məsələsini "Napoli"nin məşqçisi Karlo Ançelotti irəli sürüb. Ançelotti Kərim Benzemanı "Real"dan tanıyır. Neapollular Benzemanın transferinə 45 milyon avro təklif etməyə hazırdır.