“Sabah” daha bir transferini açıqlayıb

18 İyul 2018 09:42 (UTC+04:00)

Premyer Liqa təmsilçisi “Sabah” daha bir transferini açıqlayıb. SİA-nın məlumatına görə, paytaxt klubu serbiyalı müdafiəçi Filip İvanoviçlə 3 illik müqavilə bağlayıb. O, komandada 13 nömrəli formada çıxış edəcək.

26 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.