Qırğızıstanda zəlzələ olub

18 İyul 2018 03:07 (UTC+04:00)

Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Oş şəhərindən 54 km cənub-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.