Sumqayıtda yanğın olub

18 İyul 2018 02:06 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 40 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.