Finlandiya hökuməti Putin-Tramp görüşünə 10 milyon avro xərcləyib

17 İyul 2018 23:04 (UTC+04:00)

Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə görüşünə təxminən 10 milyon avro xərc çəkib. Bunu Finlandiyanın Baş naziri Yuxa Sipilya “Karjalainen” qəzetinə müsahibəsində deyib. Baş nazir Yuxa Sipilyanın fikrincə, bu cür görüşə investisiya qoymağına dəyər. Bu pullar həm də ölkənin imicinə qoyulan əmanətdir. Xərclər barədə daha dəqiq məlumat bir qədər sonra veriləcək.

Xatırladaq ki, iyulun 16-da Helsinki Prezident Sarayında Vladimir Putin və Donald Tramp arasında ilk tamformatlı görüş keçirilib. Bundan əvvəl liderlər iki dəfə - ötən ilin iyul və noyabr aylarında böyük beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.