Macarıstan mətbuatı bir müddətdir adı “Qarabağ”la hallanan Balaş Cudcakın Azərbaycan klubuna keçəcəyinə inanmır. Qol.az-ın “nemzetisport.hu” saytına istinadən yaydığı xəbərə görə, macarlar hazırda azad agent olan hücumçunun ölkəmizə gəlişini karyerasında geriyə addım olaraq dəyərləndirirlər. Bu səbəbdən də onlar 31 yaşlı futbolçunun “Qarabağ”a transferinin inandırıcı olmadığını düşünürlər.